Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / HAFİZ HACIYEV GÜLƏR ƏHMƏDOVA TANDEMİ NƏ VƏD EDİR? – AÇIQLAMA

HAFİZ HACIYEV GÜLƏR ƏHMƏDOVA TANDEMİ NƏ VƏD EDİR? – AÇIQLAMA

“Hazırda Gülər xanımla danışıqlarımız davam edir. Onun bizim partiyaya üzv olmağa meyli var. O, dövlətə, dövlətçiliyə sadiq adam olub. Təəssüf ki, sonradan onu ləkələmək istədilər, qarayaxmaların qurbanı oldu”.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş millət vəkili Gülər Əhmədovanın onun rəhbərlik etdiyi siyasi təşkilata üzv olacağı haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib. Hacıyev bildirib ki, Əhmədovanın Müasir Müsavat Partiyasına üzv olmasında maraqlıdır:

“İstədilər kiminsə üzünə dursun, Gülər Əhmədova da durmadı və nəticədə həbs edildi. O cəmiyyətdə sıradan insan deyil, sözünü deyən siyasətçilərdən olub. Partiyasında da ona qarşı qərəz olub. Ancaq biz istərdik ki, o bizim partiyanın üzvü olsun. Hələlik hansı postu tutacağı bəlli deyil. Bu, Siyasi Şuranın və İdarə Heyətinin qərarından asılı olacaq”.

Xatırladaq ki, G.Əhmədova bir müddət öncə mətbuata açıqlamasında siyasətdən getdiyini bildirmişdi.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın