Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Hafiz Hacıyev: “Acından günorta dururam”

Hafiz Hacıyev: “Acından günorta dururam”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Şuranın keçirdiyi mitinqlərə münasibət bildirməkdən imtina edib.

H.Hacıyev Ölkə.Az saytına açıqlamasında Milli Şuranın 11 sentyabr mitinqindən məlumatsız olduğunu söyləyib:

“Mən burada deyiləm, Türkiyədən müalicə olunuram. Ona görə də Milli Şuranın mitinqindən dəqiq məlumatım yoxdur”.

H.Hacıyev Türkiyədən sentyabrın 18-də qayıdacağını bildirib:

“Yazırlar ki, Türkiyəyə tez-tez gedib-gəldiyim üçün guya mənim orada böyük biznesim var. Harada var? Acından günorta dururam. O qədər problemlərim var ki, başım onlara qarışıb. Ancaq Türkiyədə bir sıra siyasi məsləhətləşmələr də aparıram. Bəzi məsələlər var ki, onlarla bağlı iş aparılır. Türkiyəyə səfərim daha çox siyasi məsələlərlə bağlı olur. İstəyirəm ki, gələcəkdə Türkiyə ilə daha sıx təmaslar qurulsun. Bunun üçün Türkiyədə fəaliyyət göstərən səfirliklərdə də görüşlərim olur. Doğrudur, bəzi səfirliklər bizdən elə tələblər edir ki, biz onu yerinə yetirə bilmərik. Onlar bizimlə görüşmək istəmir. Deyirlər ki, siz bizimlə görüşən zaman sirləri verirsiniz. Ancaq düşünürəm ki, Türkiyədə aparılan işlərin yaxşı nəticəsi olacaq”.

Qeyd edək ki, hər zaman Milli Şuraya və AXCP-yə qarşı sərt ifadələri ilə tanınan Hafiz Hacıyevin bu dəfə susqunluq nümayiş etdirməsi birmənalı qarşılanmayıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın