Bazar , Yanvar 17 2021
Ana səhifə / Cəmiyyət / “Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması bizim hər birimiz üçün təhqirdir”

“Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması bizim hər birimiz üçün təhqirdir”

“Bu gün Bakıya təbiətin nuru sayılan yağış yağdı. Yağış hamıya aydınlıq, təmizlik gətirir. Ancaq bizim analoqu olmayan Bakımızın yağışı da deyəsən rəqabət tanımır.

 Bakının bütün rayonları, xüsusilə Sabunçu və Binəqədi rayonlarının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dayanmadan fotolar, videolar paylaşırlar. Vəziyyət o qədər acınacaqlıdır ki, artıq insanlar bu biabırçılığa gülərək tamaşa edirlər. Axı son illər ərzində ölkə infrastrukturasına demirəm, təkcə Bakının kanalizasiya, su xəttləri sisteminə, yollar çəkilməsinə milyardlar ayrılıb.

Yəqin ki, həmin proyektlərdə yağış sularının asfaltdan kanalizasiya xəttinə axmasını təmin etmək üçün də pullar silinib. Bu yeyintiyə görə kim hesab verəcək? Yoxsa düşünürsüz ki, bunu Sizə keçəcəklər? Çox uzatmaq fikrində deyiləm, ancaq 16 ildir ki, Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması artıq bizim hər birimiz üçün təhqirdir.”
Aslan İsmayılov, tanınmış hüquqşunas
moderator.az

Həmçinin oxuyun

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı “qırmızı zona” siyahısından çıxarıb. Bu barədə Ukraynanın Səhiyyə …

Bir cavab yazın