Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Hacı Şahinin oğlu atasının heykəlindən danışdı – Foto

Hacı Şahinin oğlu atasının heykəlindən danışdı – Foto

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb. Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:

“Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …