Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Hacı İbrahimin əlindən mühacirətə qaçan sahibkardan Mədət Quliyevə müraciət…

Hacı İbrahimin əlindən mühacirətə qaçan sahibkardan Mədət Quliyevə müraciət…

Mühacirətdə yaşayan və Hacı İbrahim Nehrəmli ilə aralarında olan münaqişə üzündən ölkəni tərk etmək məcburiyyətində qalan qazaxlı iş adamı Elşad Məmmədov Moderator.az vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general – leytenant Mədət Quliyevə aşağıdakı məzmunda müraciət ünvanlayıb:

“Cənab general – leytenant!

Hər şeydən öncə yeni görəvinizdə Sizə uğurlar arzulayaraq üzləşdiyim bir problemdə yardımçı olmağınız üçün Sizə müraciət edirəm. Belə ki, hər zaman “burda mənəm, Bağdadda kor xəlifə” məntiqiylə Azərbaycanda hökmranlıq edən oliqarx, ilin iş adamı elan olunsa da əslində ilin fırıldaqçısı kimi ad çıxaran Hacı İbrahim Nehrəmli haqda ciddi tədbir görməyinizi xahiş edirəm. Əminəm ki, onun kimliyi barədə sizdə müfəssəl məlumat var və bildirmək istəyirəm ki, bu cür qaranlıq bioqrafiyalı bir adam haqqında bu günədək ölçü götürülməməsi bir çox xoşagəlıməz halların yaşanmasına rəvac verdi və hələ də verməkdədir.

Məlumat üçün qısaca bildirim ki, mən 2012 ci ilin fevral ayında İbrahim Nehrəmliyə məxsus “AVESATA” şirkətinə qaxil olan “Həsən-96” MTK-dan iki mənzil alaraq hər iki mənziulin dəyərini də nəğd şəkildə ödəmişəm. Əlimdə bununla bağlı kassa qəbzlərim və maliyyə arayışım var. İbrahim Nehrəmli bacanagı Emil Tağıyevi həmin “Həsən-96″MTK şirkətinə sədr təyin edib mənim kimi sadə vətəndaşları dələduzluq və hədə-qorxu yolu ilə soyublar. Bu işdə həmin şirkətin şöbə müdiri Zülü İsgəndərov da var. Məndən 355 min manatı şəxsən Zülü alıb ,,AVESTA” şirkətinin baş ofisində. Mən haqqımı tələb etdikcə İbrahimin mühafizəçiləri mobil telefonuma açıq nömrədən zəng vuraraq məni dəfələrlə ölümlə hədələyib.
Bir gün şöbə müdiri Zülü İsgəndərov özü mənə zəng vurdu ki, Hacı İbrahim səninlə görüşmək istəyir, gəl “Xəzər adaları”na. Mən də razılaşdım və səhəri gün dostumla adaya gəldim. Adaya girdikdə mühafizəçilər bizi 3 postda yoxladılar. Ən son adadakı ofisinin qarşısında 3 mühafizəçisi məni ayaqqabılarıma kimi soyundurub yoxladıqdan sonra içəri buraxdılar. Mən ofisə girdikdə İbrahim Nehrəmlidən başqa içəridə 10 -adək adam var idi. Mən fikirləşdim ki, yəqin insafa gəlib mənim evlərimi qaytaracaq. Ancaq tam əksi oldu. Mən içəri girən kimi Hacı İbrahim özünü polis rəisi kimi aparmağa başladı:
“Sən kimsən məni mətbuatda biabır edirsən? Sən bilirsən mən kiməm? Sən bilirsən səni nə günə salaram? MTN-ə tapşıracam səni araşdırsınlar görək sən kimsən? Mən dedim ki, mən pul ödəyib aldığım evlərimi tələb edirəm. Axı mənim əlimdə maliyyə arayışı və qəbzlərim var. Bildirdi ki, o sənədələrə çox da bel bağlama, çünki onları verib məhkəmə ilə ləğv elətdirəcəm. Elə də etdi, məhkəmə hakimləri sənədlərə yox, İbrahim Nehrəmlinin verdiyi “sənədlər”ə baxaraq evləri əlimdən aldı.

Çox hörmətli Mədət müəllim!

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın