Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Cəmiyyət / Hacı İbrahim qardaşının həbsi haqda danışdı: “Allah qapısını açsın!”

Hacı İbrahim qardaşının həbsi haqda danışdı: “Allah qapısını açsın!”

“Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm”.

Bunu Modern.az-a açıqlamasında “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib.

İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,

“Belə bir şey varsa, Allah qapısını açsın!”, -deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.

“Qafqazinfo”nun yaydığı xəbərə görə, iş adamı Sahib İbrahimov həbs edilib. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Daha əvvəl mətbuatda S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Həmçinin oxuyun

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – İTTİHAM

“Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan …