Ana səhifə / Cəmiyyət / “Hacı İbrahim Nehrəmlinin işçiləri girovluqda qalıblar”

“Hacı İbrahim Nehrəmlinin işçiləri girovluqda qalıblar”

Ölkədə kredit qalmaqalı hər keçə gün artmaqdadır, ötən ay bununla bağlı sahibkarların həbs olunaraq dindirilməsindən sonar, daha dəhşətli hadisələr baş verməyə başlayıb. Belə ki, kredit qalmaqalında ən çox adı hallanan “Avesta” şirkətlər qrupunun rəhbəri İbrahim Nehrəmlinin qohumu, Nazim İbrahimiovun qaynı Məzahir Cəfərov özünü asaraq intihar edib. O,İbrahim Nehrəmlinin nəzarəti altında olan “Sahil D Compani” MMC-nin rəhbəri idi
4 ildən çoxdur 2 evi İbrahim Nehrəmli tərəfindən alınan qazaxlı iş adamı Elşad Məmmədov baş vermiş hadisə ilə bağlı Moderator.az-a ilginc açıqlamalar verdi:
“Mən 4 ildən çoxdur ki, “Avesta” şirkəti ilə mübarizədəyəm, oranın bir çox əməkdaşlarını, onlardan ziyan çəkən insanları tanıyıram. Özünü asan Məzahir Cəfərov Hacı İbrahimin girovluğunda olub. Bu haqda mənə .N.Cəfərovun yaxınları məlumat veriblər. Təkcə Nizami Cəfərov yox, bir çox işçilər hazırda İbrahim Nehrəmlinin girovluğundadır. Onları İ.Nehrəmlinin cinayətlərində iştirak edərək özlərini çıxılmaz hala salıblar. Gördüyünüz kimi sonda da intihar etməyə məcbur olanlar da var artıq.”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın