Ana səhifə / Cəmiyyət / Hacı İbrahim Nehrəmli “Bandotdel”dədir

Hacı İbrahim Nehrəmli “Bandotdel”dədir

“Avesta” holdinqinin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə özügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.

Musavat.com əməkdaşı “Avesta” şirkəti ilə əlaqə saxlayaraq söz-söhbətlərin və yayılan materialların nə dərəcədə həqiqətəuyğun olduğunu dəqiqləşdirmək istəyib. Şirkət yetkililərindən biri bildirib ki, Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və hazırda da oradadır: “Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər.Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir”.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin həbs müddəti yenə uzadıldı

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına …

Bir cavab yazın