Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Cəmiyyət / Habil Vəliyev bu vəzifədən kənarlaşdırıldı

Habil Vəliyev bu vəzifədən kənarlaşdırıldı

Bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 5 saylı Seçki Məntəqəsinin sədri vəzifəsindən çıxarılıb.

Pravda.az-ın xəbərinə görə, həmin vəzifəyə Halay Həsənov sədr seçilib.

H.Vəliyev isə məntəqədə üzv kimi qalmaqdadır.

Qeyd: Baş redaktor bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək?

Bu il ölkədə qızılca və su çiçəyi xəstəliyinə yoluxma halları artıb. Xəstəliyə yoluxanlar arasında məktəblilər …