Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “Hətta ömrümüzdən də kəsib Anar müəllimə verə bilərik…” – Yazıçıdan açıqlama 

“Hətta ömrümüzdən də kəsib Anar müəllimə verə bilərik…” – Yazıçıdan açıqlama 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə cavabı marağa səbəb olub.

Belə ki, yazıçı açıqlamasında millət vəkili olması ilə bağlı təklif gələrsə, bu barədə düşünəcəyini bildirib: “Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm”.

86 yaşlı yazıçının millət vəkilliyi ilə bağlı düşünməsi isə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar məsələyə ironik yanaşıb:

“Mən Anar müəllimə uğurlar arzu edirəm. Səmimi istəyirəm deputat seçilsin. Niyə də yox? 

Avtoritar cəmiyyətlərin belə bir unikallığı var: vəziyyəti elə həddə gətirir, baxırsan ətrafda avtoritetdən daha yaxşı biri yoxdur. Bizdə də proses ona doğru gedir. Hətta mən deyərdim, gedib çatıb. 

Deyəsən, Anar müəllim çevrəmizin ən yaxşı, ən prinsipial, ən lazımlı adamıdır. Mən indi düşünürəm, daha haradan qalxıb yerimizi Anar müəllimə verə bilərik. Hətta ömrümüzdən də kəsib verə bilərik. Di gəl, ömrümüz bir zibil deyil. 

Kişi bu yaşda arabadan düşmüş qarpıza bənzəyən orta statistik azərbaycanlı ömrünü neyləyir? Uğurlar arzu edirəm Anar müəllimə. İndidən səs verirəm ona. Söz verirəm, onun üçün, yalnız onun üçün karuseldə də iştirak edərəm”.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …