Ana səhifə / Cəmiyyət / Qubernator Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş “Dostluq” uşaq bağçasında

Qubernator Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş “Dostluq” uşaq bağçasında

Həştərxan vilayətinin qubernatoru  Heydər Əliyev Fondunun vəsait və dəstəyi ilə inşa olunan “Dostluq” uşaq bağçasını ziyarət edib.
Azinforum.az informasiya agentliyinin verdiyi məlumata görə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş “Dostluq” uşaq bağçasını ziyarət edib. Səfərin məqsədi – fəaliyyətinin ilk ili ərzində qurumun fəaliyyətini yoxlamaq olmuşdur. Qubernatorla bərabər uşaq bağçasını Həştərxan şəhəri Administrasiyasının rəhbəri O.A.Polumordvinov, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştərxan vilayətinin Təhsil və elm naziri V.A.Gutman və Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri Ə.A.Hüseynov ziyarət edib. Qonaqlar uşaq bağçasının ərazisində yerləşən bütün otaqlarda olmuş və uşaqlar üçün yaradılmış şərait ilə tanış olmuşlar. Yoxlama nəticəsində bütün bağçanın kollektivinin fəaliyyəti yüksək qiymətləndirilib.
Səfərin sonunda Aleksandr Jilkin bağçanın kollektivinə işlərində müvəffəqiyyətlər arzuladı. Qeyd edək ki, Həştərxanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı 29 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub. 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alırlar. Ümumilikdə bu məktəbəqədər təhsil müəssisəsində 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
gun
gun2

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın