Ana səhifə / Cəmiyyət / Hərbiyə yararsız adamı əsgər aparırlar – Mayor saxta sənəd düzəldib? – FOTO

Hərbiyə yararsız adamı əsgər aparırlar – Mayor saxta sənəd düzəldib? – FOTO

Oğlum xəstə olsa da, onu qanunsuz olaraq hərbi xidmətə aparırlar.

Bunu Bakupost.az -a Tərtər rayonu, Təzəkənd kəndinin sakini Şahnaz Usubova deyib.
Onun iddiasına gərə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Tərtər şöbəsinin mayoru saxta sənədlər düzəldərək, hərbi xidmətə yararlı olmayan övladını əsgər göndərir.
Buna səbəb kimi oğlu ilə həmin məmurun mübahisə etməsini göstərir:
“Oğlum Elman İmaməliyevin ikitərəfli yastıpəncəlik səbəbilə hərbi xidmətə yarasızdır. Bu, Tərtər Rayon Mərkəzi Xəstəxanasından verilən rentgen kağızı ilə təsdiq olunub. Lakin hərbi xidmətə çağırış idarəsinin mayoru oğlumun hərbiyə xidmət üçün yararlı olduğunu əks etdirən saxta sənəd əldə edib. Hansı ki, oğlumun sol ayağı 3-cü, sağ ayağı isə 2-ci dərəcəli ikitərəfli yastıpəncədir. Hərbi xidmətə çağırış idarəsinin komissiya həkimi rentgen kağızlarını da verib. Amma idarədəki mayor Şahverdiyev uşaqla prinsipə düşdüyü üçün saxta sənəd alıb. O, uşağı təhqir edib, uşaq da deyib ki, səni vuraram. İndi tələb edirəm ki, siz hansı sənədə əsasən müəyyən etmisiz ki, oğlumda hər iki ayağı üçüncü dərəcə yastıpəncədir? Həmin sənədi mənə vermirlər. Deyirlər ki, uşaq yararlıdır, aparırıq. Amma ona verilən möhlət kağızında isə 45-ci və 49-cu maddəyə əsasən, uşağın müalicə almalı olduğu yazılıb”.
Şahnaz Usubova maddi imkansızlıqdan əziyyət çəkdiyini, məcbur olub ağır işlərdə çalışdığını, hüquqlarını qoruya bilmədiyini deyib. O, aidiyyəti şəxslərin məsələyə müdaxilə etməsini, oğlunun qanunsuz olaraq hərbiyə aparılmasının qarsısın alınmasını xahiş edib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətindən münasibət almaq istəsək də, bu, mümkün olmadı.

Həmçinin oxuyun

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı …