Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Hərbi xidmətə çağrılan şəxslərdən barmaq izi götürüləcək – DEPUTAT

Hərbi xidmətə çağrılan şəxslərdən barmaq izi götürüləcək – DEPUTAT

“Həqiqi hərbi xidmətə çağrılan və 15 yaşı tamam olmuş bir sıra şəxslərdən barmaq izi götürüləcək.  Burada məqsəd naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır”.
 
Bunu Modern.az-a açıqlamasıanda Milli Məclisin Hüquq siayasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsini şərh edərkən deyib.
Deputat bildirib ki, yeni qanun layihəyəsində qeyd edilib ki, 15 yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının və digər bir sıra şəxslərin məcburi daktilaskopik qeydiyyatı aparılacaq.
“Bundan əlavə, ölkə hüdudlarından kənara çıxarılmalı olan, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərdən də barmaq izi götürüləcək. Daktiloskopik qeydiyyatın aparılmasında məqsəd şəxsiyyətini başqa üsullarla müəyyən etmək mümkün olamayan meyitlərin və naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır. Həmçinin, daktiloskopik qeydiyyat barədə məlumatlar məxfi şəkildə 100 il saxlanılacaq”.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …