Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / Hərbi hissələrdə ümumordu iməciliyi təşkil olunacaq

Hərbi hissələrdə ümumordu iməciliyi təşkil olunacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində martın 16-da ümumordu iməciliyi təşkil olunacaq.

“Report” xəbər verir ki, ərazilərdə təmizik işlərinin görülməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, həmçinin yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Həmçinin oxuyun

Azərbaycandakı çimərliklərdə istirahət neçəyə başa gəlir?

İsti yay günlərinin gəlişi dənizkənarı çimərliklərə axının artması ilə müşahidə olunur. Bəs bu gün həmin …