Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilib.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikası və silahların nümayişi də təşkil olunub.

Müdafiə naziri, nazir müavinləri, qoşun növü komandanlarının iştirakı ilə keçirilən “Açıq qapı günü”ndə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib, bayram sovqatları təqdim edilib.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …