Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Hərbi hissədə tank mərmisi partlayıb, iki hərbçi həlak olub

Hərbi hissədə tank mərmisi partlayıb, iki hərbçi həlak olub

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. 

Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …