Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir

Gürcüstanın Saçxeri və İmeretidə hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər iştirak edirlər.

Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq. Hərbi təlimlər fevralın 2-də başa çatacaq.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …