Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / “Hər dəfə deyirik ki, hər şey bitdi, amma yenə şəhid veririk…”

“Hər dəfə deyirik ki, hər şey bitdi, amma yenə şəhid veririk…”

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bəs görəsən, atəşkəs niyə tez-tez pozulur, buna səbəb nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, belə vəziyyətdə ermənilərlə birgəyaşayış çətin olacaq:

“Bundan sonra onlarla birlikdə yaşamağın mümkün olacağına inanmıram, çünki onlar birgəyaşayışa nə yer, nə də üz qoydular.

Bütün bunları da vallah, ruslar edir. İndi də Xankəndiyə oliqarxı gətirib qoyublar. Onlar istəyirlər ki, daima Qarabağda təxribat yaratsın, bu onlar üçün ermənilərin ipini çəkməyə fürsətdir. Onlar daima bu cür pırtlaşıqlıq salıb Azərbaycanın imicinə ziyan vurmağa çalışırlar. Prezident başda olmaqla hər kəs Qarabağı abadlaşdırmağa çalışır, bunun üçün çalışırlar. Onlar da belə bir vaxtda baş qarışdırmağa çalışırlar. Rusların hərəkətlərini özünüz görürsünüz, Ukraynanı xaraba qoydular, bizə qarşı belə edirlər. Onların siyasəti bundan ibarətdir, hər zaman bu cür davranıblar. Ruslar heç vaxt istəməz ki, Qafqazda gürcülər, ermənilər, azərbaycanlılar bir yerə yığışıb nə isə etsinlər, birgə yaşasınlar və s. Bunun üçün də hər zaman təxribat törədirlər. Ermənilər bu boyda məğlubiyyətdən sonra ürək edib yenidən bizə qarşı gələ bilməzdilər, onların arxasında dayanan rus siyasəti var. Vəziyyət budur, onların istəyi odur ki, bu iki ölkədə sakitlik, xoşbəxtlik olmasın, insanlar həmişə əzab çəksinlər”.

Aktyor qeyd edib ki, ermənilər bu cür təxribatlarla azərbaycanlıların gözünü qorxuda bilməyəcək:

“Onlar azərbaycanlıların gözünü qorxuda bilməzlər. Erməni kimdir axı?! Erməni zibili necə getdi, özünüz gördünüz. 44 gündə azərbaycanlılar bütün erməni postlarını dağıtdılar. Erməni balaca bir toplumdur, onlar heç nədirlər. Sadəcə, onların arxasında xaricdəki lobbi dayanıb. Onları qızışdırırlar, bu cür hadisələr baş verir. Hər dəfə deyirik ki, şükür Allaha, hər şey bitdi, amma yenə şəhid veririk, qan tökülür. Çox təəssüf ki, bunun qarşısını almaq üçün yol tapa bilmirik, mənm bir vətəndaş kimi bu sualın qarşısında aciz qalıram. Ən yaxşısını dövlət başçımız bilir və nə lazımdırsa, edəcəyinə inanıram. Amma bu rus hər yerə girişir. Belə davam etsələr, Azərbaycan dəmir yumruqla bir daha onların başını əzməyə qadirdir. Onların gözləri o qədər qorxub ki, özləri vallah, heç nə eləməz, sadəcə onları arxadan it kimi qısqırdanlar var. Yoxsa onlar heç kimdir. Onlar bu boyda məğlubiyyətdən, kapitulyasiyadan sonra bizə qətiyyən hücum edə bilməzlər”.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …