Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Həmkarlarının və medianın tanımadığı deputat

Həmkarlarının və medianın tanımadığı deputat

Muxtar Babayev deputat seçildiyinə arxayınlaşıb.

Biznesmen millət vəkili növbəti dəfə mandat qazandığına əmindir. O, 43 saylı Sumqayıt III Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Milli Məclisin 5 ildə “ağzına su alıb”, danışmayan üzvlərindən biri kimi tanınır. Onun parlamentdə hər hansı məsələyə münasibət bildirməsini nə həmkarları, nə jurnalistlər, nə seçicilər xatırlayır.
M.Babayev yalnız bir dəfə, “Dəniz limanları haqqında Qanun”un müzakirəsi zamanı danışıb. Onun özü isə vaxtilə “nə üçün parlamentdə çıxış etmirsiniz” sualına cavabında belə deyib – hələ yeni seçilib. Bəhanə isə boyatdır.
Deputat seçicilərin hüquqlarını müdafiə etmək üçün bir addım belə atmayıb. TİA.AZ-a bir qrup seçicinin verdiyi xəbərdə qeyd olunur ki, deputat rəhbəri olduğu “Azərkimya” İstehsalat Birliyində kütləvi ixtisarlar həyata keçirməklə işsizlər ordusu yetişdirib. M.Babayev ixtisarları “Azərkimya”nın özəlləşdiriləcəyi ilə izah edib.
Bu müəssisədə təhlükəsizlik qaydalarına məhəl qoyulmur. İşçilərin müvafiq kaska və xüsusi forma ilə təminatında boşluqlar var. Qurumun strukturuna daxil olan bəzi zavodların fəhlə və qulluqçularını əmək müqavilələrində əksini tapmış istirahət günlərində də iş başındadır.
Modern.az saytı 26 oktyabr 2013-cü il tarixində parlament jurnalistləri arasında sorğu apararaq Muxtar Babayevi millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib. “Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə qeyd edib ki, Muxtar Babayev deputat olmaqla yanaşı, məmurdur. “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə bu adda deputat tanımadığını bildirib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşsoy bu adın ona heç nə demədiyini bildirib. “New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Muxtar Babayevi tanımadığını və buna görə də fəaliyyəti haqda heç nə deyə bilməyəcəyini qeyd edib. “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, Muxtar Babayev plenar iclaslarda çıxış edən deputatlardan deyil.
Xalqxeber.Tv portalı 14 yanvar tarixli yazısında Muxtar Babayev dövlətin balansındakı torpaq sahəsini qanunsuz olaraq özəl şirkətə icarəyə verdiyini qeyd edib. Muxtar Babayev istehsalat birliyinin ərazisini qanunsuz şəkildə “Baku Steel Company” MMC-yə icarəyə verib.
Bildirək ki, M.Babayev 1967-ci ildə anadan olub. ARDNŞ-ın “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədridir. “Azərikimya” İB-nin strukturuna “Etilen-Polietilen”zavodu, “Səthi Aktiv Maddələr” zavodu, “Üzvi Sintez” zavodu, “Mexaniki Təmir” zavodu, “Kimyalayihə” institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir.
“Azərkimiya” İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. O, Milli Məclisin Təbii ehtiyatlar, energetika, ekologiya komitəsinin üzvüdür.( tia.az)

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın