Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Həmin vaxt dövlət başsız idi, Allahşükür Paşazadə xalqı ətrafına yığdı”

“Həmin vaxt dövlət başsız idi, Allahşükür Paşazadə xalqı ətrafına yığdı”

Dini Qurumlarlara İş üzrə Dövlət Komitəsi (DQİDK) 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunan “20 Yanvar-şəhidlik zirvəsi” mövzusunda konfrans keçirib.

Tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Azərbaycanda olan dini konfesiyaların rəhbərləri və başqaları iştirak edib.
Tədbirdə çıxış edən Kamal Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan danışıb. O qeyd edib ki, yüz illər keçsə də, bu hadisə xalqın yaddaşından silinməyəcək. M.Qurbanlı deyib ki, hadisələr baş verdikdən sonra ulu öndər Heydər Əliyevin Moskvada heç nədən çəkinmədən haqq səsini ucaldıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, bu gün Azərbaycanın bütün vətəndaşları şəhidlərin abidəsini ziyarət etməyi özünə borc bilir: “Amma dünyada elə pis əməl görən insanlar var ki, onların məzarı gizlədilir. “Quran”da buyurulur ki, şəhidlər ölmür və daim yaşayırlar. O hadisələr baş verəndə Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə xalqı ətrafına yığdı. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı. Ancaq şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır. Çünki bu, bir tarixdir. Bir məqamı da qeyd edim. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi”. “Report”

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın