Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Cəmiyyət / “Həm ziyarət, həm ticarət” filminə niyə müdaxilə olunub? – MÜƏMMA

“Həm ziyarət, həm ticarət” filminə niyə müdaxilə olunub? – MÜƏMMA

Sentyabrın 6-sında Xəzər TV-də rejissor Rasim Ocaqovun “Həm ziyarət, həm ticarət” filminin nümayişi zamanı, filmə müdaxilə olunaraq, dialoqun bir hissəsinin kəsildiyi faktı qeydə alınıb.

Kinorejissorlar Gildiyasının mətbuat xidmətindən bildirilib ki, faktla bağlı, Xəzər TV-yə müraciət olunub.

“Kanalın “Proqramların monitorinqi xidməti”nin Baş mütəxəssisi Vüsalə xanım bu faktı araşdıraraq bildirib: “Efirdə gedən filmin nüsxəsi Gildiyadan götürülməyib və nümayiş olunan film telekanalın arxivində olan nüsxədən istifadə olunduğundan, filmə müdaxilə kim tərəfindən, nə vaxt və nə səbəbdən baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb”.

Qanunlara və qaydalara görə isə istifadəçi (Xəzər TV) filmin nüsxəsini efirə verməzdən əvvəl filmin nüsxəsini müqavilə bağladığı hüquq sahibindən almalı, filmə heç bir müdaxilə olunmadan istifadə etməli və istifadə etdikdən sonra efirə verdiyi nüsxəni müqavilədə göstərilən “efir bildirişi hüququnu aldığı müddətdə saxlamalı və sonra məhv etməlidir”, yəni telekanal, öz istehsalı olmayan filmlərdən arxiv yaratmamalıdır…”- məlumatda qeyd olunur.

Həmçinin oxuyun

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

Bu gün “Yeniavaz” saytının baş redaktoru Anar Qaraxançallı feysbuk hesabında vətəndaş şikayətini işıqlandırdığı üçün Daxili …