Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / Cəmiyyət / “Hələ şükür edək ki, bu bayram qalıb”

“Hələ şükür edək ki, bu bayram qalıb”

“Bayramların əvvəlki dadı-duzu qalmayıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, insanlar arasında həmin münasibət qalmayıb:

“Çünki əvvəlki insanlar yoxdur. Ona görə də insanlar arasında münasibət sıradan çıxır. O vaxtki ovqat da artıq qalmayıb. 5 il bundan öncə başqa münasibət idi. Çünki dövr başqa idi. İndi isə tamam başqadır. Bir onu bilirəm ki, yaxşılığa doğru getmirik”.

Yazıçının sözlərinə görə, texnologiya insanları bir-birindən uzaqlaşdırıb:

“Bunun bir çox səbəbləri var. Əsas səbəb texnologiyadır. Telefon, internet, televiziyalar insanları bir-birindən ayrı salıb. Telefonla təbrik olar?! Sanki onlayn bayram qeyd edirik.

Bayram birlik deməkdir. Yadıma gəlir ki, uşaq olanda kəndimizdə yaxın dost-tanışa pay aparırdıq. Münasibətdə olurduq. İndi isə təbriki belə telefonla edirlər.

Onlayn məhəbbət, ünsiyyət olar?! Heç dərs də olmaz. Vaxt var idi ki, bayrama 1 ay qabaqdan hazırlaşardıq. İndi isə elə bil adi gündür”.

S.Səxavət qeyd edib ki, 30 il qabaqki bayram ovqatını axtarmaq ağılsızlıqdır:

“Builki Novruz bayramında 30 il bundan qabaqkinin ovqatını axtarmaq düzgün deyil. Hələ şükür edək ki, bu bayram qalıb”.

Həmçinin oxuyun

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda Novruz bayramı qeyd edilir. Azinforum.az xəbər verir ki, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk …