Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Cəmiyyət / “Hələ 10-15 il bundan öncə belə bir qanun qəbul edilməsiylə bağlı çağırışlar etmişdim”

“Hələ 10-15 il bundan öncə belə bir qanun qəbul edilməsiylə bağlı çağırışlar etmişdim”

“Azərbaycanda  kifayət qədər, şəxsən mənim özümün tanıdığım çoxlu sayda iş adamları var ki, hər zaman fəqir-füqərayla sistemli yardımlaşma proqramlarında iştirak edirlər”.
Bunu Moderator.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib. O, Milli Məclis tərəfindən xeyriyyəçiliklə bağlı qanun layihəsinin qəbul edilməsinin, xeyriyyəçiliyin təbliğinə töhfə verə biləcəyini bildirib:
“İlk öncə onu deyim ki, xeyriyyəçiliklə bağlı qanun layihəsinin təsdiq olunması birmənalı olaraq çox ümidverici bir məsələdir. Çünki Azərbaycan xalqının özünün genefonundan gələn xeyriyyəçilik ənənələrinə bir sadiqlik və sədaqət var. Azərbaycanda kifayət qədər, şəxsən mənim özümün tanıdığım çoxlu sayda iş adamları var ki, hər zaman fəqir-füqərayla sistemli yardımlaşma proqramlarında iştirak edirlər. Hətta onlar öz malının, mülkünün mütləq sahibinin yaradan olduğunu düşünürlər. Ona görə düşünürəm ki, biz dünyəvi ölkə olsaq da, hər zaman söyləmişəm ki, ölkəmizdə milli-mənəvi, dini dəyərlərimizin həqiqi təşəbbüskeşi Azərbaycan dövlətidir. Hesab edirəm ki, bu qanunun təsdiq olunması digər insanların da xeyriyyəçilik işinə qoşulması və yardımlaşma işində iştirak etməsinə öz töhfəsini verəcək. Hələ müstəqillik illərindən öncə Azərbaycanın tarixini izləyən hər bir şəxs bilir ki, Azərbaycan xalqının özünün xeyriyyəçilik ənənələrinə səmimiyyətlə bağlılığı var. Bu qanun çərçivəsində xeyriyyəçiliklə məşğul olan şəxslərə güzəştlərin edilməsi, bu ənənələrin həm yaşadılması baxımından, digər tərəfdən də çoxlu sayda insanların xeyriyyəçilik ənənələrinə bağlılığını gördüyüm halda iqtisadi baxımdan onların yardımlaşmaya qoşulacağını görə biləcəyik. Düşünürəm ki, uğurlu bir məsələdir və bunun üçün bir az da gecikmişik”.
İlahiyyatçı illər öncə bu məsələylə bağlı Milli Məclisə və digər qurumlara müraciət etdiyini bildirib:
“Onu da deyim ki, hələ 10-15 il bundan öncə belə bir qanun qəbul edilməsiylə bağlı dəfələrlə çağırışlar etmişdim. Müstəqillikdən sonra ilk dəfə “İslam Xeyriyyə Vəqfi” adıyla xeyriyyə təşkilatı mənim rəhbərliyimlə fəaliyyət göstərib. Müəyyən səbəblərə görə isə biz onu qapatdıq”. 
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlamasında deyib ki, “Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsi hazırlamağı düşünürük. M.Quliyevin sözlərinə görə, qanun çərçivəsində xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin edilməsi və  imtiyazların verilməsi kimi məsələlər nəzərdə tutula bilər. 

Həmçinin oxuyun

Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat …