Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Həkim: “Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”

Həkim: “Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Həmçinin oxuyun

Elmir Mirzəyev “Güllələnmiş heykəllər”in Şuşaya geri qaytarılması haqda: “İnamırdıq ki, bu ola bilər… “

Xəbər verdiyimiz kimi Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya …