Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / HƏCÜ BAŞQADÜR, MADƏR!

HƏCÜ BAŞQADÜR, MADƏR!

Mandatdan “kayf” tutub “çortunu” pozmayan deputat haqqında

Hacü başqadur, Madər. Ona görə, başqadur ki, onun hər şeyi var. Maşını, evləri, villaları, üstəlik mandatı da… Hər Həciyə qismət olmayan şeydür ki, 5 dəfə dalbadal parlamentə düşsün. Üstəlik, Milli Məclis sevdası o qədər olsun ki, hətta bundan “kayf” tutsun.

Bizim Hacı Madər Musayevin əntiqə işləri var. Adam uzun illərdən üzübəri yaşamaq, özü də yaxşı yaşamaq üçün mübarizə aparıb. Sağlığına qismət, bu gün hər şeyi var. Di gəl, insafı yoxdur. Nə olsun ki, Həcidir, amma onun da xasiyyəti belədir də…

Hacı Madər Musayev 5 dəfə deputat olsa da, onu seçildiyi dairədə yaşayan insanların heç biri görməyib. Məsələn, Binəqədi rayonuna göydən daş da yağsa, bunun Hacıya heç bir dəxli yoxdur. Bu yaxınlarda rayonun müəyyən qismini su basmışdı. Camaat “lotkay”la hərəkət edirdi. Su o qədər çoxalmışdı ki, hətta bir çox insanların evinin içinə də girmişdi. Məsələ xeyli ictimailəşdi, şişdi, müzakirə olundu, amma Hacı Madərin heç vecinə də olmadı. Cınqırını belə çıxarmadı. Görünür, Hacı həmin vaxt mandatın “kayfın” tuturmuş. Ona görə də, “çortu”nu pozmaq istəməyib.

Deyəcəyik ki, Hacının daha mühüm işləri var idi, sual edəcəksiniz ki, hansı mühüm işlər. Cavab verək ki, Hacının başı bərk qarışıqdır. Kişinin o boyda tikintiləri, o boyda marketləri var. Yazıq bilmir neyləsin, marketi idarə etsin, yoxsa tikintinin pulunu çatdırsın. Bir yandan da krizis… Yazıq lap hövsələdən çıxıb. Ona görə də, yadına nəinki Binəqədi, heç Azərbaycan da düşmür…

Gör, Hacını krizis necə vurub ki, “Favorit”də artıq vaxtı keçmiş mallar satılır. İrad tutacaqsız ki, Həci, o işi görməz. Cavab verəcəyik ki, görüb artıq. Misal üçün, bir müddət əvvəl həmkarlarımız uşaq yeməyi alıb, içində qurdlar çıxıb. Hələ satılan bəzi mallardan siçan tapılması halları da var. Deyilənə görə, Hacı Madər Musayevin “Favoriti” vaxtı keçmiş malları geri qaytaranda şirkətə tövsiyyə edir ki, azacıq xərc çəkib, məsələni bağlamaq olar. Yəni, vaxtı keçmiş malın içi qalır, qutusunun üzərindəki tarixi dəyişib, yenidən istismara göndərilə bilər. Elə buna görədir ki, “Favorit”dən alınan yumurtaları bişirəndə suyun üzündə qalır. Daha doğrusu, xarab olduğu üçün içinin ağı ilə sarısı qarışıb bir birinə.

Düşünəndə ki, əcəba, Həci, tikdirdiyi binalarda da bu standartı tətbiq eləsə, işlər fənadır. Çünki bircə dəfə kiçik zəlzələ olsa həmin binalar “rüku”ya gedmiş olacaqlar. Yəni, bina kəllə-mayallaq gələcək yerə.

Ona görə də, əvvəldən yazdıq ki, Həcü başqadur, Madər!!!

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın