Şənbə , İyun 25 2022
Ana səhifə / Cəmiyyət / Həcc ziyarəti qiymətlərinin artmasına səbəb nədir?

Həcc ziyarəti qiymətlərinin artmasına səbəb nədir?

2022-ci ildə həcc ziyarətinə Azərbaycandan gediş hər ziyarətçi üçün 9016 manata (5356 dollar) başa gəlir. 2019-cu illə müqayisədə qiymət 1206 dollar artıb.

Həcc ziyarətinin təşkilatçısı – Qafqaz Müsəlmanları İdarəsi bu qədər ciddi bahalaşmanın səbəbini açıqlamır. 

Amma bütün istiqamətlərdə aviabiletlərin bahalaşmasını nəzərə alsaq, əsas səbəbin məhz bu olduğunu təxmin etmək olar. 

Eyni zamanda, qəbul edən tərəf – Səudiyyə Ərəbistanının hakimiyyəti tərəfindən bir çox xidmətlərin qiymətinin artırıldığı məlum olub.

Bundan başqa, səudiyyəlilər bütün ölkələrdən zəvvar kvotalarını xeyli azaldıb. Azərbaycan üçün zəvvar kvotası iki dəfəyə yaxın azalıb.

Xatırladaq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası ilə əlaqədar Həcc ziyarəti təşkil edilməyib.

Turan.az

Həmçinin oxuyun

1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..?

Yazıya giriş  olaraq onu qeyd edək ki,  hazırda  Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan …