Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Cəmiyyət / Həbsxanalarda dözülməz vəziyyət: Məhbuslar dəhşətli istilərdən əziyyət çəkir

Həbsxanalarda dözülməz vəziyyət: Məhbuslar dəhşətli istilərdən əziyyət çəkir

Bu yay hava şəraitinin kəskin isti keçməsi Azərbaycan həbsxanalarında cəza çəkən məhkumlar üçün də dözülməz vəziyyət yaradıb.

Bu barədə Gununsesi.info-ya məhbus ailələri bildirib. Məlumatda Qobustan və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində vəziyyətin dözülməz olduğu bildirilir.

Penitensiar Xidmətin 12, 13 və 14 saylı Cəzaçəkmə Müəssisələrindəki durumdan danışanlar bildirir ki, məhkumlar bir yataqxanada 250-300 nəfər olmaqla saxlanılır. Bu qədər adamın saxlandığı müəssisələrdəki yataqxanalarda nə havalandırma sistemi, nə də kondsioner quraşdırılmayıb.

Ədliyyə naziri Fikrət Məmmədovun təsdiq etdiyi qaydalara görə, ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumların sayı 1250 nəfər nəzərdə tutulsa da ancaq reallıqda bu rəqəm daha artıqdır.

Araşdırmamıza görə, 13 Saylı Cəzaçəkmə müəssisəsində bu rəqəm 1500-ü keçib.

Problemlə bağlı müraciət etdiyimiz Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə bildirir ki, məhkumların isti havadan qorunması üçün tədbir görməyə çalışırlar: “Yataqxanalarda sərinkeşlər var. Kondsionerlərə gəlincə, bunun da quraşdırılmasına çalışılır”.

Mehman Sadıqov cəzaçəkmə müəssisələrindəki yataqxanalarda 250-300 nəfərin saxlanması barədə iddiaları da təkzib edib. “ Əvvəllər belə idi, indi bu qədər sayda məhkum bir yataqxanada saxlnılmır” deyə Sadıqov bildirib.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …