Bazar , Yanvar 23 2022
Ana səhifə / Cəmiyyət / Həbsdə olan yazıçı Əjdər Ol mükafata layiq görüldü – FOTO

Həbsdə olan yazıçı Əjdər Ol mükafata layiq görüldü – FOTO

Tanınmış Azərbaycan şairi və nasiri Əjdər Ol bu günlərdə Türk dünyası üçün önəmli mükafatlardan biri ilə təltif edilib.

Uzun illər ümumtürk ədəbiyyatına, mədəniyyətinə, ədəbi-mədəni əlaqələrimizin inkişafına yorulmadan töhfələr verən, Türk dünyası yazarlarının ədəbi təmaslarını genişləndirən Əjdər Olun bu səmərəli fəaliyyəti davamlı olaraq Türkiyə və Türk dünyası ictimaiyyətinin diqqətindədir. Bunun nəticəsi olaraq Türk Ədəbiyyatı Vəqfi Əjdər Olu “2021-ci il Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif edib.

Vəqfin başqanı Sərhat Kabaklı ədibin fəaliyyətinin önəmini və mükafata layiq görülməsinin səbəblərini bu şəkildə ümumiləşdirib:

“Azərbaycan və Türk Dünyası ədəbiyyatına hekayə, roman, dram, şeir, araşdırma, portret, esse, bioqrafiya janrlarında onlarla əsər bəxş edən, əsərləri Azərbaycandan başqa, 10 fərqli ölkədə yayımlanan, Azərbaycan ədəbiyyatının Türk dünyasında və digər xarici ölkələrdə təbliğ edilməsində önəmli rollar oynayan, “Azərbaycan lətifələri” və “Müdriklik anları” kimi əsərləriylə Azərbaycanın, başda Heydər Əliyev olmaqla, siyasi, ədəbi və musiqiçi dühalarını Türk dünyasında və Avropada tanıdan yazar, şair Əjdər Ol bu mükafata layiq görülür”.

Qeyd edək ki, Əjdər Ol hazırda həbsdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Ol (Cəbiyev) bu ilin fevral atında azadlıqdan məhrum edilib. O, ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümov üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

Həbsdə olan yazıçı Əjdər Ol mükafata layiq görüldü -  FOTO

Həmçinin oxuyun

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ – FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.  Modern.az …