Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / Həbs olunan aparat rəhbərinin qardaşı da “vuruldu”, oğlu isə hədəfə alındı – Yeni FAKTLAR

Həbs olunan aparat rəhbərinin qardaşı da “vuruldu”, oğlu isə hədəfə alındı – Yeni FAKTLAR

Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla əlaqəli olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunma xəbərini ilk olaraq Mia.az saytı verib.

Mia.az-ın əldə etdiyi dəqiq məlumatda bildirilir ki, həbslə yanaşı, aparat rəhbərinin xidməti kabineti möhürlənib, onun evində və bağında axtarış aparılıb. Aparat rəhbəri çox ciddi məsələlərdə ittiham olunur. Hələlik bu barədə olan məlumatların dəqiqliyinə əmin olmadığımız üçün yazmırıq.

Bu gün isə Mia.az-a daxil olan məlumata görə, Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub.
Bundan əlavə, Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin Həmkarlar Komitəsinin rəhbəri olan oğlu Pərviz Zeynalovun da vəzifəsindən azad olunması an məsələsidir. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, Pərviz Zeynalov hazırda elmi iş müdafiəsi ərəfəsindədir. Atasının həbsi isə onun elmi işinin müdafiəsini də sual altına alıb. Məlumatda o da qeyd olunur ki, İqtisad Universitetinin sabiq prorektoru olan Vidadi Zeynalov aparat rəhbəri təyin edildiyi tarixdən universitetdəki müəllim ştatını da təhvil verməyib. O, bir gün belə auditoriyaya girməsə də, istər keçmiş rektor Şəmsəddin Hacıyev, istərsə də hazırkı rektor Ədalət Muradov ondan dərs yükünü yerinə yetirməyi tələb etməyib: “Vidadi Zeynalovun əməlləri bununla da bitmir. O, rabitədə bir sıra obyektlərin özəlləşdirilərək, sahibinə çevrilməyi də bacarıb”.
Həmin obyektlərin siyahısı da Mia.az-a təqdim olunub. Hazırda bu siyahıdakı obyektlərlə yanaşı, Vidadi Zeynalovun 2003-cü ildən bu yana əldə etdiyi varidatların mənbələri ilə bağlı dəqiqləşdirmələrimiz davam edir…
Son olaraq onu da bildirək ki, Vidadi Zeynalovun yaxın qohumu Ceyhun Cəfərov isə Kürdəmir rayonunun icra başçısıdır.

Həmçinin oxuyun

Mühacirətdə 5 kitab, 85 məqalə yazan siyasətçi – Foto

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Miryaqub Mirəbdüləziz oğlu Mirmehdizadə 1892-ci ildə Bakının Xırdalan qəsəbəsində doğulub. Moskva …

Bir cavab yazın