Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda üç məktəb bərpa olunacaq

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda üç məktəb bərpa olunacaq

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda üç ictimai məktəbdə təmir-bərpa işləri aparılacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı elektron tender elan olunub.

Tenderə əsasən, Qardabani rayon Levan Devdariani adına 1 saylı, Vaxtanqisi kəndindəki 1 saylı ictimai məktəb bərpa olunacaq. Layihənin ümumi dəyəri, təxminən, 137 543 lari (təqribən, 50 min dollar) təşkil edir.

Rayonun Sartiçala kəndinin 2 saylı ictimai məktəbində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə yerli büdcədən 196 121 lari (təxminən, 70 min dollar) həcmində vəsait ayrılıb.

Təhsil müəssisələrində təmir-bərpa işlərinin yay tətili müddətində həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …