Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəmiyyət / Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafon başlayıb – FOTOLAR

Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafon başlayıb – FOTOLAR

Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi şəhərləri arasında marafona start verilib. Beləki, Tbilisidəki Heydər Əliyev adında parkdan başlayan marafonun məsafəsi 30 kilometr təşkil edir.

Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …