Ana səhifə / Cəmiyyət / “Günəşli” yatağındakı qəzada yaralanan neftçi baş verənləri danışır – VİDEO

“Günəşli” yatağındakı qəzada yaralanan neftçi baş verənləri danışır – VİDEO

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı 30 nəfərin axtarışları davam edir.

Yanğın zamanı xəsarət alan 29 nəfər Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib, xəsarəti yüngül olanlar artıq evə buraxılıblar.

Yaralılardan biri ATV telekanalına baş verən faciədən danışıb: “Qayıqlara minib oturduq, bundan sonra da FHN gəldi bizi xilas etdi. Orda olanların dəqiq siyahısını deyə bilmərəm, amma təxminən 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa bilmirdi, helikopter düşə bilmirdi. Havanın küləkli olması təxliyə olmamıza mane olurdu”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın