Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Güloğlan Cabbarova yeni vəzifə verildi

Güloğlan Cabbarova yeni vəzifə verildi

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, əməkdar məşqçi Güloğlan Cabbarova Azərbaycan Cüdo Federasiyasında vəzifə verilib.

Bu barədə  Azinforum.az-a Azərbaycan Kikboksinq Federasiyasından məlumat verilib.Tanınmış idmançının namizədliyi bir neçə gün bundan öncə Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov tərəfindən təşəbbüs olaraq verilmişdi. Bu gün isə Cüdo Federasiyasında baş katib Elmar Babanınlının təqdimatı ilə iclas keçirilib. İclas yekdiklə Güloğlan Cabbarovun Cüdo Veteranlar Şurasının sədr seçilməsinə səs verib.

İclasda Azərbaycan cüdosunun tanınmış simaları Ağayar Axundzadə, Tərlan Poladov, Zülfiyyə Hüseynova, Elxan Rəcəbli, Müşviq Cəfərov, Vüsal Cəfərov, Azərbaycan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sabiq rəisi Sahib İsmayılov və bir sıra tanınmış veteran cüdoçular iştirak ediblər.

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın