Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Cəmiyyət / Güllə yağışına tutulan kamazdan sağ çıxan əsgərlərin sirri (VİDEO)

Güllə yağışına tutulan kamazdan sağ çıxan əsgərlərin sirri (VİDEO)

Vətən müharibəsində həkim kimi xidmət göstərən həkim-stomatoloq Aqil Şirəliyev Baku TV-yə müsahibə verib.
Müharibə dövründə yaşananlardan danışan həkim yaralı xəstələrindən biri ilə bağlı xatirəsini bölüşüb:
“İlk günlər idi. Hospitala bir neçə yaralı gətirdilər. Gördüm ki, yaralılardan birinin çənəsində sarğı var. Ayağından da ciddi yaralanmışdı. Birlikdə liftə mindik, göz-gözə gələndə ona dedim ki, qorxma. Danışa bilmirdi, əməliyyata girəndə işarə etdi ki, ona qələm versinlər. Dedi ki, yaralandığımı evdəkilər bilməsin”.

A.Şirəliyev həmin dövrdə yaşadığı ən duyğulu anlardan bəhs edib:
“Yaralı bir əsgəri gördüm. Əli diqqətimi çəkdi, soyuqdan çatlamışdı. Çatların içinə Vətən torpağı dolmuşdu. Çox qəhərlənmişdim”.
Ətraflı süjetdə:

Həmçinin oxuyun

Samirə Bağırova: “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..”

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana …