Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Gülər Əhmədovadan Şura sərdrinin fikirlərinə etiraz – “Bütün çeçenlər rus dilində oxuyub”

Gülər Əhmədovadan Şura sərdrinin fikirlərinə etiraz – “Bütün çeçenlər rus dilində oxuyub”

Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun “Hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru” fikri ictimaiyyət tərəfindən birmənalı qiymətləndirilməyib. 

Azinforum.az xəbər verir ki, şura sədrinin fikirləri sabiq millət vəkili Gülər Əhmədova tərəfindən də isti qarşılanmayıb.

Gülər Əhmədovanın “Facebook” hesabında paylaşdığı fikirləri olduğu kimi təqdim edirik: “Əziz və hörmətli Şahlar müəllim. Ən yaxşı tərbiyə şəxsi nümunədir. Sizin övladlarınız rus sektorunda oxuyub axı…Məntiq? Məsələn, düşünsəm ki, milləti elmdən, mədəniyyətdən, dünyaya inteqrasiyadan ayırıb təkdilli toplum halına gətirmək istəyirsiniz, haqlı olmarammı? Deyərsiniz ki, niyə təkdilli? 5-6 yaşından rus, alman, ingilis dilində danışan, yazan uşaq daha müvəffəq olar yoxsa 5- ci sinifdən? 4 il latın qrafikası ilə oxuyan bu yazıq uşaq birdən- birə 5- ci sinifdə artan dərslərlə birgə kiril əlifbasını necə öyrənəcək? Rus dili dünyada çətin qrammatikası və orfoqrafiyası olan dil sayılır. Hansı valideyn buna razılaşar ki, uşağının müvəffəqiyyəti aşağı düşsün ( ki, mütləq düşəcək) ki, attestatın 300 balını yığa bilməsin. Riyaziyyat, fizika, kimya, biologiya fənlərindən azərbaycan dilində elmi ədəbiyyat çoxdur, yoxsa rusca, ingiliscə? İnternetdə doğma dilimizdə adi elmi məsələlərlə bağlı heç nə yoxdur. Yalnız ingilis və rus dilində. Yenə də təhsilə pedaqogikanı bilməyən adamlar xocalıq edirsə, batmışıq vallah.

Şahlar müəllim, bütün çeçenlər rus dilində oxuyub. Bir ovucdurlar.  Niyə pərən-pərən düşmədilər? Daha bir düşündürücü sual. Sovet hökuməti niyə erməni və gürcünün əlifbasını dəyişmədi,  bizimkini dəyişdi? Təəssüf ki, problemin kökünü görmürsünüz və ya istəmirsiniz. Azərbaycanda milli ideya ətrafında tərbiyə prosesi qurulmalıdır! Milli tərbiyə-rusca, ingiliscə, ermənicə, kürdcə, ərəbcə, yaponca. Fərq etməz. Tərbiyə ilə bağlı sənədlər hazırlayın. AŞPA- da, Rusiyada vətənpərvər, lakin xarici dil bilməyən deputatlarımızın əziyyətlərini görmüşük, deyilmi? Bu gün rus, ingilis sektorunda oxuyan uşaqlar daha dünyagörünüşlü və vətənpərvərdirlər. Niyə? Çünki, informasiyaya tez ulaşa bilirlər, dünyada baş verənləri birinci əldən eşidir və görürlər. Siz, ictimai şura olaraq, milli ideyanı, tərbiyə üsullarını ortaya qoyun. Qoy hər kəs rus, ingilis, yapon dilində milli tərbiyə alsın. P.S.Hörmətli Şahlar müəllim siz orijinal görünməyi sevirsiniz. İdeyalarınız irrasional ola bilir. Məncə bu məsələdə yapmayın, lütfən. P.S.S.Bizə pulsuz müxtəlif ,əsasən rus, ingilis, dillərində təhsil verən məktəblər, elmi mərkəzlər lazımdır. Azərbaycanda dərs deyən amerikan, ingilis, rus, yəhudi, yapon xocalar lazımdır. Dövlət hesabına məktəb və universitetlərdə”.

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …