Şənbə , İyul 20 2019
Ana səhifə / Cəmiyyət / GÜLƏR ƏHMƏDOVA ALMANİYAYA GEDİR

GÜLƏR ƏHMƏDOVA ALMANİYAYA GEDİR

Azinforum.az-ın əldə etdiyi məlumata görə, sabiq millət vəkili Gülər Əhmədova avqust ayının ortalarında Almaniyaya səfər etməyi planlşdırır.  Qeyd edək ki, nəzərdə tutulan  səfər barədə sabiq millət vəkilinin özü bəzi adalmara məlumat verib. Xatırladaq ki,  bu günlərdə  həbsdən şərti cəza ilə azadlığa buraxılan sabiq deputatın ölkə çıxışına qoyuln məhdudiyyət aradan tam qaldırılıb. Məhkəmənin bu barədə qüvvəyə minmiş qərarı var.

Gülər Əhmədovanın hansı müddətə və nə məqsədlə Almaniyaya getmək istəməsi barədə dəqiq məlumatımız yoxdur. Bunu dəqiqləşdirmək üçün Gülər xanımla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Azinforum.az olaraq bildiririk ki, Gülər Əhmədova məhkəmədə səhətindəki problemlərlə əlaqədar xarici ölkələrdən birində müalicə olunmaq zərurətini əsas gətirərək vəsatət qaldırmışdı. Səfər çərçivəsində  onun Almaniyanın bir neçə şəhərində olacağı bildirilir.

Gülər Əhmədova 2013-cü ildə hazırda mühacirətdə yaşayan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolardan sonra cinayət məcəlləsininin bir neçə maddəsilə təqsirli bilinərək həbs olunub.

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın