Ana səhifə / Cəmiyyət / Gülər Əhmədova: “Ailələrin dağılması səbəbləri kifayət qədər çoxdur”

Gülər Əhmədova: “Ailələrin dağılması səbəbləri kifayət qədər çoxdur”

Etiraf edək ki, Azərbaycanda da son dövrlər boşanma hallarının sayı artıb və sosioloqlar həyəcan təbili çalsalar da vəziyyət günü-gündən gərginləşir.

Odur ki, bir sual aktuallığını qoruyub saxlayır. Ümumiyyətlə, ailələrin boşanmasının qarşısını almaq üçün hansı kəsərli alternativlər düşünərək qanunvericiliklə təmin etmək olar? Boşanma zamanı bütün hallarda olmasa da heç olmasa 30-40 faiz hallarda uşağın atada qalması barədə qanunvericilikdə dəyişiklik etmək arvadından xilas olub, iki günün içində başqa bir xanımla ailə qurmaqla əvvəlki xanımını taleyin ümidinə buraxmasının qarşısını almaq qismən də olsa mümkün olarmı?

Keçmiş millət vəkili, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova Moderator.az-ın bu sualına cavabında problemin səbəbləri və çıxış yolları haqqında fikirlərini bölüşüb:

“Ailələrin dağılması səbəbləri kifayət qədər çoxdur və bunun qarşısının alınması üçün yazılan kitabların da sayı-hesabı yoxdur. Amma adətən nə bu kitablar, nə də bu məsləhətlər heç bir işə yaramır. Niyə?

Səbəb çox sadədir. Ailələr bir-birindən yaşadığı regiona uyğun olaraq adət-ənələrinə, mədəni səviyyələrinə, ictimai statuslarına, İQ səviyyəsinə mədəni iqtisadi siyasi baxışlarına görə fərqlənir. Məsələn, sovet ailəsinin standartları məlum idi və SSRİ-də yaşayan əksər faiz ailələr üçün keçərli idi. Sovet insanının və ailəsinin meyarları bəlli olduğu üçün bu ailələrin qurulması və uzunmüddətli olması üçün həm ictimai həm də hüquqi baxışlar formalaşmışdı.

Digər bir misal. Avropa qitəsinin insanı və ailəsi də aşagı – yuxarı eyni meyarlarla tənzimlənir və ya Asiya qitəsi ölkələrinin də özünəməxsus standartları var. Azərbaycan ailəsi hansı fundamental dəyərlər üzərindədir, dinamik inkişafı nədən xəbər verir.

Əlbəttə, aydındır ki bizim ailələr əsasən Qafqaz regionunun insanını şərtləndirən əxlaqi dəyərlər (namus qeyrət – heç bir dilə tərcüməsi yoxsur) patriarxal düşüncə tərzinin üstünlüyü, habelə müəyyən qədər islam dininin dəyərləri və sovet dönəmindən bizə miras qalmış müasir elm və texnologiyalara rəğbət təşviq edən arzu və vərdişlərlə bağlıdır Lakin 20-ci əsrin son dekadası və 21-ci əsrin 18 ili bu modeli kifayət qədər deformasiyaya uğratdı və bunun da bir neçə səbəbi var.

Sovet imperiyasının süqutu qloballaşma, daha doğrusu, qərbləşmə, eyni zamanda İslam kütləvi şəkildə müxtəlif cərəyanlarla bizim ölkəyə gəlişi heç bir konkret sərhədləri olmayan, lakin hələ də sovet ictimai fikrinə söykənən qanunvericilik aktları ilə tənzimlənir. O zaman biz hansı pedaqoji psixoloji cərəyanları tətbiq etməli, hansı kontinentin aliminin pedaqoji baxışlarını yaymalıyıq?Təəssüflə deməliyəm ki, artıq 20 ilə yaxındır ki, biz qarşımıza çıxan Qərb – Şərq İslam dünyası, hətta bəzən Banqladeş pedaqoqlarının və psixoloqlarının tərbiyəvi baxışlarını Azərbaycanda təblığ edirik. Nəticə gördüyünüz və bildiyiniz kimidir.

Hər hansı bir məsələ artıq dövlət və cəmiyyət üşün problemə çevrilirsə, artıq bu mövzu olaraq alimlər tərəfindən öyrənilməli və tədqiq olunmalıdır. Çünki tutaq ki, Yardımlıda yaşayan və qonşu dövlətin propaqanda maşının təsiri altında olan ailələrə Ziqmund Freydi anlatmaq alınmayacaq. Və ya Qusarda yaşayan ailə üçün şiə alimlərinin əsrlərlə bəlirlədiyi ailə modeli keçərsizdir. Nə etməli?”.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …