Cümə , Avqust 23 2019
Ana səhifə / Cəmiyyət / Gözləyirsiz ki, polkovnik maşın bassın… – Video

Gözləyirsiz ki, polkovnik maşın bassın… – Video

Bu gün Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı fəal iş aparılır.

Gecə saatlarına qədər keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri ilə fərdi profilaktik söhbətlər aparılır.

Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.

Axar.az əməkdaşları Nərimanov rayonunu əhatə edən reyddə iştirak edib. Sözügedən reyddən videoreportajı təqdim edirik:

Həmçinin oxuyun

“Avtostop” verilişinin aparıcısından oliqarx-məmurlarımızı pərt edən ADDIM…

Daha bir möhtəşəm xəbər!Avtostop verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu …