Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Cəmiyyət / Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”

Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib. 

Unikal.org-un məlumatına görə, G.Bayramlı onun azadlığa buraxılması üçün dəstək göstərən bütün şəxslərə təşəkkür edib. O, əfv olunacağını gözləmirmiş:

“Mən müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”.

G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir.

AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus probleminin kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir. 

“Qadının yeri cəzaçəkmə müəssisəsi deyil” deyən G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib.

G.Bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

Balaca müdirlər: uşaqların idarə etdiyi 10 şirkət

Bir çox uşaqlar məktəb buraxılışını gözləmədən öz şirkətlərini təşkil edirlər. Bəzən onlara bu işdə  böyüklər …