Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Göyçə–Zəngəzur Respublikası Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin bəyanatı

Göyçə–Zəngəzur Respublikası Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin bəyanatı

31 Mart “Azərbaycanlıların Soyqırım Günü”tarixi kimi, Ümummilli Lider, mərhum prezident Heydər Əliyevin 1998-ci ilin 26 mart tarixli, tarixi sərəncamı ilə, rəsmiləşdirilmişdir.
1827-ci ildən başlayaraq çar Rusiyası tərəfindən Osmanlı ərazilərindən,İrandan Qafqaza köçürülüb məskunlaşdırılmış ermənilər,1917-ci ilin fevralında burjua inqilabı nəticəsində çar hakimiyyətinin süquta uğradılmasını fürsət bilərək Qafqazda özlərinə bir erməni dövləti qurmaq iddiasına düşdülər. Birinci Dünya müharibəsi dövründə Çar Rusiyası və imperialist güclər tərəfindən Türklərə qarşı dişindən-dırnağına qədər silahlandırılmış, mükəmməl təşkilatlanmış ermənilər 1827-ci ilin sonlarından başlayaraq,Çar Rusiyasının işğalı altına düşmüş Azərbaycan ərazilərində,1917-ci ilin sonlarından başlayaraq,yerli azərbaycanlılara qarşı qətl və qarətlərə başladılar.1918-ci ilin mart-aprel tarixlərində daşnak,türk düşmanı, qatil Şaumyanın başçılıq etdiyi erməni silahlı hərbi birləşmələri paytaxt Bakımızda, Şamaxıda,Qubada və digər ətraf rayonlarda 150000(yüz əlli min)-ə yaxın azərbaycanlı əhalini vəhşicəsinə qətlə yetirdilər. O,cümlədən fərari,qatil Andranikin,faşist Dronun,Njdenin başçılıq etdikləri silahlı hərbi birləşmələr İrəvan şəhəri və ətrafında,Göyçə, Vedi, Qaraqoyunlu, Dərə-Ələyəz,Zəngəzur mahalları ərazilərində yaşayan azərbaycanlı əhalinin,qadın,uşaq,qoca demədən, 50-60 faizindən çoxunu qətlə yetirdilər.650-ə yaxın azərbaycanlılara aid yaşayış məskənlərindən 300-dən çoxunu dağıdaraq,yandırıb,viran qoydular!Erməni vəhşiləri uşaq,qadın,qoca demədən dinc azərbaycanlı əhalini tövlələrə,damlara dolduraraq,diri-diri yandırırdılar!Sağ qalan əhalinin bir hissəsi,dağlarda gizlənərək,bir hissəsi Türkiyə dövlətinə,bir hissəsi Azərbaycan Xalq Cümhuriyyəti ərazilərinə sığınmaqla bu qətl və qırğınlardan xilas ola bildilər. Bu qətl və qarətlər fasilələrlə 1920-ci ilin sonlarına qədər davam etdi. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra bu qətl-qarətlərin qarşısı alındı.Azərbaycanlı əhalinin sağ qalanları öz yuvalarına geri qayıtdılar və dağıdılmış yaşayış yerlərini yenidən bərpa etdilər.Sovet hakimiyyəti erməni daşnaklarının törətdikləri qırğınların qarşısını alsada bu qırğınların istintaqını aparmadı,əksinə bu qırğınları ört-bastır etdi.Xalqımıza unutdurmağa çalışdı.Lakin məkrli planlar quran erməni millətçiləri bu qətl və qarətlərlə yetinmədilər.1948-1953-cü illərdə qanlı diktator Stalinin sərəncam verməsinə nail olaraq,200000(iki yüz min)-dən yuxarı azərbaycanlını tarixi yurdlarından Azərbaycanın minimum yaşayış şəraiti belə olmayan Kür-Araz ovalığına sürgün etdilər.1988-1991-ci illərdə isə Dağlıq Qarabağ münaqişəsini bəhanə edərək,Ermənistan SSR ərazilərində yaşayan 500000(beş yüz min)-dən artıq azərbaycanlını tarixi yurdlarından zorakılıqla qovdular.Bu gün, tarixi Azərbaycan əraziləri üzərində qurulmuş,vaxtilə əhalisinin 80 faizi azərbaycanlılardan ibarət olmuş indiki Ermənistan adlanan ölkədə bir nəfərdə olsun Azərbaycanlı qalmamışdır və yaşamır!!!

Qafqaza gəlmə olan erməni vəhşiləri tərəfindən min illərdir yaşadıqları yurdlarından zorakılıqla zaman-zaman qovulmuş,soyqırıma məruz qoyulmuş,bu qətl və qırğınlardan sağ qalan isti ocaqlarından, yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin haqq və hüquqlarının bərpası,yurdlarına yenidən Qayıdışları uğurunda mübarizə aparan Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (ermənistana)Qayıdış Birliyi olaraq bəyan edirik ki,Azərbaycan və Türkiyə dövləti,Dünya birliyi,Beynəlxalq təşkilatlar indiki Ermənistan respublikası ərazilərində azərbaycanlı əhaliyə qarşı törədilmiş erməni vəhşiliklərinə hüquqi qiymət verməklə yanaşı,öz yurd-yuvalarından zorakılıqla qovulmuş həmin əhalinin sələflərinin öz tarixi Yurdlarına Qayıdışlarının təmin olunması üçün bütün zəruri addımları atmalıdırlar!!!Eyni zamanda ermənilər tərəfindən həmin kateqoriyadan olan azərbaycanlı əhaliyə vurulmuş maddi-mənəvi ziyanlarına görə kompensasiyanında ödənilməsi təmin olunmalıdır!!!

Biz soyqırıma məruz qoyulmuş soydaşlarımızı,doğma yurdlarımızı unutmadıq,heç zaman da unutmayacağıq!!!

Hörmətlə Göyçə – Zəngəzur Respublikasının Prezidenti QAQB nin sədri:    Rizvan Talıbov

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …