Bazar , Sentyabr 24 2023
Ana səhifə / Cəmiyyət / “Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib

“Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib

“Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu haqda avqustun 18-i təşkilatlar birgə bəyanat verib.

Bəyanata əsasən, icma rəhbərləri fəaliyyətlərini vahid mərkəzdə – Qərbi Azərbaycan İcmasında davam etdirəcəklərini qeyd ediblər.

“Göyçə-Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq” – , açıqlamada bildirilib. Xatırladaq ki, avqustun 10-da “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbovun və “respublika”nın yeni prezidenti olduğu bildirilən Tünzalə Çələbiyevanın DTX tərəfindən istintaqa cəlb edildiyi bildirilmişdi. APA

Həmçinin oxuyun

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov nəvəsinə vəzifə verib. Qaynarinfo-nun əldə etdiyi …