Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Görünür, onlar çox pis öyrəniblər…” – Prezidentdən kəskin xəbərdarlıq (VİDEO)

“Görünür, onlar çox pis öyrəniblər…” – Prezidentdən kəskin xəbərdarlıq (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin iştirakı ilə hökümətin iclası keçirilib. 

Azinforum.az verir ki, iclasda prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən haqsız hücumlar haqqında danışıb. İ. Əliyev xüsusilə Almaniya Bundestaqı ilə bağlı sərt fikirlər səsləndirib:“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onlara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın