Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Goranboyda qədim qala divarları aşkar edilib- VİDEO

Goranboyda qədim qala divarları aşkar edilib- VİDEO

Goranboy rayonunda orta əsrlərə aid arxeoloji abidə aşkar edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qədim məkan rayonunun Borsunlu kəndi yaxınlığında boru kəmərinin genişləndirilməsi məqsədi ilə aparılan qzıntı işləri zamanı üzə çıxıb. Arxeoloji qazıntılar zamanı Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin təxminən XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verib.

Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin digər yardımçı tikililər aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Kərpicli təpə adlandırılan arxeoloji qazıntı sahəsində 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …