Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Cəmiyyət / GÖMRÜKDƏ DAHA BİR İDARƏNİN RƏİSİ DƏYİŞDİ – İcra başçısının oğluna yeni vəzifə verildi

GÖMRÜKDƏ DAHA BİR İDARƏNİN RƏİSİ DƏYİŞDİ – İcra başçısının oğluna yeni vəzifə verildi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə yeni rəis təyin edib.

Unikal.org-a daxil olan məlumata görə,S.Mehdiyev Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimovu tutduğu vəzifədən azad edərək, onu Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Xatırladaq ki, Vidadi İbrahimov Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur.

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …