Ana səhifə / Cəmiyyət / General Ramiz Zeynalovun ətrafının başı kompromat savaşına qarışıb – Şikayətə baxan yoxdur

General Ramiz Zeynalovun ətrafının başı kompromat savaşına qarışıb – Şikayətə baxan yoxdur

Azinforum.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin məzuniyyətdə olması qurumun fəaliyyətini iflic vəziyyətinə salıb. Ən azı bizim son günlər ərzində apardığımız araşdırmalar bu qənaətə gəlməyimiz üçün  tam əsas verir. Qeyd edək ki, Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli onun ünvanına gələn radar cəriməsilə bağlı  DYP rəhbərliyinə müraciət ünvanlamışdı. Ancaq istər əksər aparıcı KİV-lər tərəfindən işıqlandırılan, istərsə də general Ramiz Zeynalova elektron formada ünvanlanan həmin şikayətə üstündən 15 gün keçməsinə baxmayaraq,  hələ də cavab verilməyib.

 

Həmin müraciətlə bu link vasitəsilə tanış ola bilərsiniz (https://www.azinforum.az/?p=13642)

Maraqlıdır ki, bunun səbəbini öyrənmək üçün düz 15 gündür  BDYP-yə etdiyimiz zənglərin birinə də cavab verən tapılmır. İstənilən adam bunu  BDYP-nin saytına girib, ordan nömrələri götürüb yoxlaya bilər. Rəsmi sayta yazılan nömrələrə cavab verilmirsə, onun sayta yazılmasına nə ehtiyac var?

Adətən KİV-lərdə işıqlandırılan məlumatlara qurumun rəsmisi Kamran Əliyevin operativ reaksiya verməsi bizi bir qədər bu istiqamətdə bilgili olmaqdan mərhum edib. Bu günlər ərzində onun məzuniyyətdə olması BDYP-nin ciddi bir qüsurunun da üstünü açmış oldu.

Qeyd edək ki, bu gün bəzi saytlarda BDYP-nin iki yüksək vəzifəli əməkdaşı barədə sensasion məlumatlar yer alıb. İddialar olduqca ciddidir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovla, həmin qurumun İmtahan Qeydiyyat İdarəsinin rəisi Müşfiq Rəhimovun bir-biri barəsində mətbuata kompromat ötürməkdə təqsirləndirilirlər. Hər halda, BDYP kimi strateji bir idarədə belə halın olması ciddi siqnaldı və təbiidir ki, bu istiqamətdə əlaqədar qurumlar tərəfindən lazımi araşdırma aparılacaq.

Biz BDYP-nin rəhbər işçilərilə bağlı mətbuatda səslənən olduqca ciddi iddialara yenə qurumdan cavab ala bilmədik. Çünki KİV-dəki materiallardan da görünür ki, BDYP-nin bəzi rəhbər işçilərinin başları xidmətdən başqa nəyə desən qarışıb.

Mövzuya qayıdacayıq…

Çinarə Seyidova,

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın