Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / Cəmiyyət / General-mayor Emin Şəkinski vəfat etdi

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Trend-in məlumatına görə, general – mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

Həmçinin oxuyun

Nikah müqaviləsi ilə bağlı YENİLİK

Nikah müqaviləsi və onun məzmunu dəyişir. Bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. …