Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / General-leytenant nazir müavini vəzifəsindən azad edildi – FOTO

General-leytenant nazir müavini vəzifəsindən azad edildi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …