Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Gecə klubuna görə işdən çıxarılan rəisin yerinə təyinat

Gecə klubuna görə işdən çıxarılan rəisin yerinə təyinat

Bakıda “İnfiniti” və “Extra” gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı işdən çıxarılan 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusiflinin yerinə təyinat olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Sabunçu rayon Polis İdarəsinin 42 Polis Bölməsinin rəisi, polkovnik-leytinat Azər Məmmədov tutduğu vəzifəsindən azad olunaraq, 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Həmçinin oxuyun

Xeyrəddin Qocadan ayətullahın təhdid mesajına reaksiya: “Ağzına gələni danışıb“

İran dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amili öz cümə …