Ana səhifə / Cəmiyyət / “Gərək Çingiz Abdullayev o adamı yerinə otuzdurardı” – Anar

“Gərək Çingiz Abdullayev o adamı yerinə otuzdurardı” – Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qurultaydakı 203 min manat haqqında sualla münasibət bildirib.

 İTV-də yayımlanan 3D verilişinin qonağı olan Anar bu sualın qeyri-etik olduğunu deyib:

“Mən Çingizə dedim ki, sənin yerinə olsaydım, mən belə cavab verərdim: Bilirsən, bunu 3 yerə böldük. Birini Anar götürdü, birini mən Çingiz götürdüm, birini də sənin üçün saxlamışıq. Çingiz bir az hissə qapılıb “ölmürsünüz” deyib. Mən o cəhətdən Çingizi müdafiə etmirəm. Gərək elə deməzdi, amma o adamı yerinə otuzdurardı. 

Xalq yazıçısına elə sual verirsən ki, sanki pulları götürüb cibinə qoyub. O pulları orada necə görə bilərdilər?! Gərək o pulları orada paylayardıq? Ya da masaların üstünə şampan, kürü qoyardıq?”

Xatırladaq  ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı üçün 203 min manat xərclənməsi ilə bağlı suala “Utanmırsınız, bir belə Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsünüz?” cavabını vermişdi.

Həmçinin oxuyun

Generalın hospitalı məhkəmə qarşısında

“Medistyle Hospital” məhkəməyə verilib. İddiaçı “Medicenter” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin …