Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Gənclərin dostu” mükafatı təsis edilib

“Gənclərin dostu” mükafatı təsis edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib.

Tarix İnstitutundan verilən məlumata görə, bu barədə qərar institutun genişləndirilmiş elmi şurasının 2 fevral – Gənclər Gününə həsr olunmuş iclasında qəbul olunub.

Bu mükafat görkəmli elm adamlarına gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq veriləcək.

İclasda çıxış edən gənclərin təklifləri nəzərə alınmaqla ilk mükafatın AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim olunması qərara alınıb. Bildirilib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək bu sahədə səmərəli fəaliyyət göstərməkdədir. A.Əlizadənin təşəbbüsü ilə 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, institutun magistrləri qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …